Gündəm Özəl

"Fransa Azərbaycana qarşı aksiyanı genişləndirməyi hədəfləyir" — Politoloq

Fransa Azərbaycana qarşı aksiyanı genişləndirməyi hədəfləyir — Politoloq

Fransanın yük maşınları sentyabrın sonunda Laçın yoluna gələcək.

Fransa Erməni Təşkilatları İttifaqının (CCAF) yaydığı məlumatda deyilir ki, yüklər 30 sentyabr saat 12:00-da Laçın yolunda olacaq.

“Fransa Azərbaycana qarşı Ermənistan və erməni lobbisi ilə birgə hərəkət edir. Azərbaycanın şərtlərinə əməl etmədiyi üçün ermənilərin TIR-ları hələ də şərti sərhəddə qalıb. Fransa Azərbaycana qarşı aksiyanı genişləndirməyi hədəfləyir. Həm Fransa, həm Ermənistan, eləcə də oxşar mövqedə olan digər beynəlxalq tərəflər bir məsələni nəzərə almırlar - Azərbaycanın ərazi bütövlüyü və öz ərazisində suveren hüquqlarını həyata keçirmək haqqı”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirin. O qeyd edib ki, Laçın yolu Azərbaycan ərazisidir, hansı maşınların, kimlərin haradan keçməsini o özü müəyyən edir:

Fransa Azərbaycana qarşı aksiyanı genişləndirməyi hədəfləyir — Politoloq

“Laçın yolu yalnız Ermənistandan gələn erməni vətəndaşlar və Rusiya sülhməramlıları üçün açıqdır, üçüncü bir ölkə üçün nəzərdə tutulmayıb, hətta İran üçün belə. Ermənistandan Qarabağa keçmək beynəlxalq hüququn və dövlətin suverenliyinin pozulmasıdır. Buna görə də düşünürəm ki, Azərbaycan tərəfi buna yox deyəcək. Fransalılar Xankəndiyə gəlmək istəyirsə, Dağıstandan gəlsin, Gürcüstandan gəlsin, keçsin, Ağdam yolundan istifadə etsin. Əks halda onlara icazə verilməyəcək”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova