Türkiyədə baş verən yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb.
Demokrat.az xəbər verir ki, hadisə ölkənin paytaxtı Ankarada baş verib.
Məlumata görə, idarəetmədən çıxan avtomobil yolun kənarındakı ağaca çırpılaraq dayanıb.
Nəticədə avtomobildə olan 5 nəfər xəsarət alıb.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
Qəza nəticəsində avtomobilin yararsız vəziyyətə düşdüyü bildirilir.
Aysu Demokrat.az


