Hadisə

Betontökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

Betontökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

Avqustun 26-da 1980-ci il təvəllüdlü İlham Hüseynov Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı betontökən qurğunun başlığının ona dəyməsi nəticəsində vəfat edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat XidmətindənOxu.Az-a məlumat verilib.

Bildirilib ki, faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

NE
Nihadə Eyyubova