Hadisə

“Koroğlu” stansiyası yaxınlığında ağır qəza — Yol bağlandı

“Koroğlu” stansiyası yaxınlığında ağır qəza — Yol bağlandı

Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Digər bir yol-nəqliyyat hadisəsi isə Ziya Bünyadov prospekti, “Xutor” tunelinin çıxışında qeydə alınıb. Hazırda “ Koroğlu” metro stansiyası istiqamətində sıxlıq var. Hər iki qəza səbəbindən yaranan sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.//News24.az

D
demokrat.az