"Abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş asan xidmət mərkəzlərinə müraciət etməlidir".
Demokrat.az xəbər verir ki, bu sözləri SOCAR Azəriqaz İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, vətəndaşlar müraciət zamanı şəxsiyyət vəsiqəsinin əsli və sayğac abonent kodu haqqında hər hansı bir məlumatdan istifadə etməlidirlər. Bununla da borc saldosunu əldə edə bilərlər. Qeyd edək ki, bunun üçün heç bir rüsum tələb olunmur".
Aysu Demokrat.az


