Türkiyənin Bingöl vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 11:19-da, yerin 7,47 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ ətraf vilayətlərdə də hiss olunub.
Nəticədə heç bir dağıntı və ya insan itkisi olmayıb.
Aysu Demokrat.az


