Hadisə Özəl

12 yaşlı uşaq çayda boğuldu

12 yaşlı uşaq çayda boğuldu

Türkiyənin Sivas vilayətində sərinləmək üçün çaya girən azyaşlı dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, 12 yaşlı uşaq dostları ilə birgə üzmək üçün çaya girib.

Azyaşlının bir müddət sonra yoxa çıxdığını görən dostları vəziyyəti Təcili Yardım Xidməti qruplarına xəbər verib.

Uzun müddət davam edən araşdırmalar nəticəsində uşağın cansız bədəni tapılıb.

Hadisənin təfərrüatları araşdırılır.

Aysu Demokrat.az

D
demokrat.az