Xankəndi-Gorus istiqamətindəki “Laçın” SNB-də erməni əsilli qadın üzərində qondarma rejimin əski parçasının təsviri olan alış-veriş çantası ilə məntəqəyə daxil olub.
Ölkə.az xəbər verir ki, bu təxribat xarakterli hərəkət ilə bağlı sərhədçilərimiz ona sərt xəbərdarlıq edib.
“Bu dəfə sizi buraxırıq, növbəti dəfə təkrarlanmasın. Danışdıq?! Biz sizdən çantanızı almırıq. Oldu?!”, - hərbçimiz bildirib.
Qadın isə bunun qarşılığında “oldu” cavabını verib və əsəbi şəkildə yeyin addımlarla hərəkət edib.
Erməni əsilli şəxs bununla təxribata cəhd etməyə çalışsa da, Azərbaycan tərəfi həmişə olduğu kimi əvvəlcə xəbərdarlıq mövqeyindən çıxış edib.
Qadın isə mikroavtobusa yaxınlaşdıqdan sonra çiyinlərini çəkərək çantasını erməni əsilli oğlana göstərib və narazılığını ifadə edib.
Axı həmin şəxs kimə kimdən şikayət xarakterli davranış nümayiş etdirir? Görünür, Qarabağın əsl sahibləri haqda hələ daha çox maarifləndirici təlimatlar almalı olacaqlar.
Rəsmi Bakının həmişə bəyan etdiyi kimi: ya qalıb inteqrasiya edəcəksiniz, ya da çıxıb gedəcəksiniz.





