“Qafan hava limanının açılması Azərbaycanla sülh danışıqları prosesini çətinləşdirən növbəti erməni təxribatıdır”.
Bunu “Report”-a açıqlamasında britaniyalı politoloq və jurnalist Neil Vatson deyib.
O qeyd edib ki, sərhəddən belə yaxın məsafədə havaya qalxan Ermənistan təyyarələrinin Azərbaycanın hava məkanını pozması qaçılmazdır.
Deputat Fazil Mustafa Demokrat.az-a açıqlamasında britaniyalı analitikin fikirlərində həqiqət payının olduğunu vurğulayıb: 
Deputat bildirib ki, Ermənistan bu kimi addımlardan çəkinməlidir:
“Düşdüyü vəziyyətdən çıxmaq üçün sülh perspektivləri üzərində düşünməlidir. Əks halda bu kimi fəaliyyətlərin səmərəsiz olacağını və daha böyük itkilərə məruz qalacağını bilməlidir. Proseslər indi daha çox Ermənistanın davranışlarından asılı olacaq. Reallıqla barışmasa, bunun əziyyətini çəkən tərəf də özü olacaq”.
Törə Zeynallı Demokrat.az


