Hadisə

İlham Əliyev daha bir məşhura ev hədiyyə etdi

İlham Əliyev daha bir məşhura ev hədiyyə etdi

Prezident İlham Əliyev şair-publisist Murad Köhnəqalaya ev verib.

Demokrat.az xəbər verir ki, bu barədə M.Köhnəqala məlumat verib. O hədiyyəyə görə ölkə başçısına təşəkkürünü bildirib:

“Mənzil problemimlə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığımız müraciət öz bəhrəsini verdi! Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb. Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər.

Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.

Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram!

Qoy həmişə günəş olsun!” /Axar.az

D
demokrat.az