Region

İranda məbəddə terror aktı ilə bağlı sonuncu şəxs həbs edilib

İranda məbəddə terror aktı ilə bağlı sonuncu şəxs həbs edilib

İran Şah-Çerağ məbədində törədilən terror aktında əlaqəli olan sonuncu terrorçu həbs edilib.

Bu barədə İranın kəşfiyyat naziri İsmayıl Xatib deyib.

Xatib qeyd edib ki, İranda terror aktı ilə bağlı bütün şəxslər saxlanılıb

Onun sözlərinə görə, terror aktının koordinasiya olunduğu ölkə region ölkələrindən biridir.

Qeyd edək ki, İranın Fars vilayətinin Şiraz şəhərində Şah-Çerağ məbədində terror aktı olub. Nəticədə 2 nəfər ölüb, daha 7 nəfər isə yaralanıb.(trend)

NE
Nihadə Eyyubova