Siyasət

Türkiyə prezidentinin müşaviri: “Ərdoğan və Əsədin görüşü planlaşdırılmır”

Türkiyə prezidentinin müşaviri: “Ərdoğan və Əsədin görüşü planlaşdırılmır”

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin yaxın vaxtlarda görüşü planlaşdırılmır.

Demokrat.az xəbər verir ki, Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç bildirib.

“Belə bir görüş hələ ki planlaşdırılmır, lakin onun təşkili üçün iş gedir”, – Kılıç deyib.

Rusiya prezidentinin Suriya nizamlanması üzrə elçisi Aleksandr Lavrentyev iyulun 9-da bildirib ki, Ərdoğan və Əsəd Suriya-Türkiyə münasibətlərinin nizamlanması üçün yol xəritəsi üzərində iş başa çatdıqdan sonra Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə görüşə bilərlər.

D
demokrat.az