Sosial Özəl

"Azəriqaz"ın köhnə kartlarındakı məbləğ yeni kartlara necə köçürülür?

Azəriqazın köhnə kartlarındakı məbləğ yeni kartlara necə köçürülür?

"Abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş "ASAN kommunal" mərkəzlərinə yaxınlaşmalıdır".

Demokrat.az xəbər verir ki, bu sözləri açıqlamasında SOCAR "Azəriqaz" İB-nin Şikayətlərin Araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib.

Onun sözlərinə görə, "ASAN Kommunal" mərkəzlərinə yaxınlaşan şəxslər, şəxsiyyət vəsiqəsinin əsli, quraşdırılma aktı, çıxarılan və yeni quraşdırılan smart kartları təqdim etməlidir:

"Qeyd edilən sənədləri təqdim etməklə köhnə kartda olan məbləği yeni kartla əlavə heç bir rüsum ödəmədən köçürə bilərlər".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova