Malayziyanın paytaxtı Kuala-Lumpurda eniş edən şəxsi təyyarə magistral yoldakı motosiklet və avtomobilə çırpılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Malayziya mülki Aviasiya birliyindən məlumat verilib.
Bildirilib ki, qəza yerli vaxtla günorta saatlarında baş verib. Nəticədə 10 nəfər həlak olub.
Hadisə yerinə çoxlu sayda polis, xilasetmə və təcili tibbi yardım qrupları göndərilib.
Qəza ilə bağlı araşdırmalar aparılır.
Aysu Demokrat.az


