“BMT TŞ-nın son iclasında Azərbaycanın Ağdam yolu ilə humanitar yardıma hazır olduğunu bildirib”.
Azpost.info bildirir ki, bu sözləri Ednews-a ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza dünənki iclasın nəticələrini şərh edərkən deyib.
“ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfildin rəsmi bəyanatına əsasən, Təhlükəsizlik Şurası sırf olaraq Azərbaycanı qınamır. Daha doğrusu o, həm Azərbaycanı, həm də Ermənistanı Laçın yolu boyunca gərginliyi azaltmağa və sülh müqaviləsi üzərində işləməyə davam etməyə çağırıb” -deyə sabiq səfir vurğulayıb.
“Səfir Tomas-Qrinfild humanitar yüklərin daşınması üçün əlavə marşrutlar üzrə kompromislərin mümkünlüyünü qeyd edib. Bu, Azərbaycanın Ağdamdan Qarabağdakı etnik ermənilərə humanitar yardım çatdırmağa hazır olduğuna işarədir. Bunu Avropa Şurasının prezidenti Çarlz Mişel də prezident İlham Əliyevlə baş nazir Paşinyan arasında keçirdiyi ən son görüşdən sonra verdiyi bəyanatda da bildirib”-deyə Bryaza bildirib.


