Türkiyənin Adana vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 17:36-da, yerin 7,3 kilometr dərinliyində baş verib.
Zəlzələ Osmaniye, Hatay, Nevşehir, Niğde və Kayseri kimi ətraf vilayətlərdə də hiss olunub.
Aysu Demokrat.az


