Tunisdə həyata keçirilən əməliyyatlar nəticəsində 630 nəfər miqrant xilas edilib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkə rəsmiləri məlumat yayıb.
Bildirilib ki, miqrantlar ard-arda keçirilən 18 əməliyyat nəticəsində Aralıq dənizini keçməyə çalışarkən xilas edilib.
Məlumata görə, ölkənin Şafaks vilayətində qeyri-qanuni miqrasiya təşkil etməkdə şübhəli bilinən 20 nəfər də saxlanılıb.
Yerli rəsmilər əməliyyatlar çərçivəsində insan qaçaqmalçılığı üçün istifadə edilən mühərrik, dəniz avadanlıqları və 216 min dollardan çox pul ələ keçiriblər.
Aysu Demokrat.az


