Hərbi Özəl

ABŞ İrana çağırış: Kamikadze dronlarını Rusiyaya satmayın!

ABŞ İrana çağırış: Kamikadze dronlarını Rusiyaya satmayın!

Ağ Ev Administrasiyası İranı Rusiyaya hərbi ehtiyat hissələrinin, eləcə də kamikadze dronlarının (PUA) satışına son qoymağa çağırıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Financel Times" adı açıqlanmayan mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, hazırda sözügedən məsələlərlə bağlı ABŞ və İran arasında danışıqlar aparılır.

Danışıqlar çərçivəsində ABŞ-ın İrandan aralarındakı gərginliyin aradan qaldırılması üçün Rusiyaya hərbi ehtiyat hissələrinin, eləcə də kamikadze PUA satışını dayandırmasını tələb etdiyi açıqlanıb.

Aysu Demokrat.az

D
demokrat.az