Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışa tezalışan aqrokimyəvi maddələrin anbarında saxlanma qaydalarının pozulması səbəb ola bilər.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi bildirib.
Qeyd edilib ki, daha bir neçə versiya araşdırılır.
Yekun nəticə analizlərdən sonra məlum olacaq.


