Dünya

Blinken Departament əməkdaşlarına “Barbi”ni göstərməyi təklif edib

Blinken Departament əməkdaşlarına “Barbi”ni göstərməyi təklif edib

ABŞ Dövlət Departamenti işçilərinə hazırda məşhur olan “Barbie” və “Oppenheimer” filmlərini göstərə bilər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Blinken jurnalistlərin suallarını cavablandırarkən etiraf edib ki, şəxsi vaxtının az olması səbəbindən bu filmlərə baxmayıb.

“Bəlkə heç bir filmə baxmayanlar üçün konfrans zalında ikiqat nümayiş etdirə bilərik”, - deyə diplomat təklif edib.

NE
Nihadə Eyyubova