Türkiyəli məşhur aktrisa Hazal Ergüçlünün atası vəfat edib.
Demokrat.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
Bildirilib ki, Hazal Ergüçlünün atası Süleyman Ergüçlü dünyasını dəyişib.
69 yaşında dünyasını dəyişən Süleyman Ergüçlünün ölümünü həyat yoldaşı Neşe Ergüçlü açıqlayıb.
Qeyd edək ki, aktrisa bu gün atasının dəfn mərasimində iştirak edib.
Tanınmış aktrisa Kiprdə keçirilən dəfn mərasimində göz yaşlarına boğulub.

Aysu Demokrat.az


