Hadisə

Naxçıvanda 30 yaşlı kişini elektrik cərəyanı vurdu

Naxçıvanda 30 yaşlı kişini elektrik cərəyanı vurdu

Naxçıvan şəhər sakini avtoyumada işləyərkən onu elektrik cərəyanı vurub.

Demokrat.az xəbər verir ki, hadisə bugün şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.

Elektrik cərəyanı vurması nəticəsində avtoyuma məntəqəsinin işçisi Naxçıvan şəhərinin Tumbul kənd sakini, 1993-cü il təvəllüdlü Tağıyev Asim Mais oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.//APA

D
demokrat.az