Sosial

Xəzərin Nabran sahilində təmizlik aksiyası keçirildi — FOTOLAR

Xəzərin Nabran sahilində təmizlik aksiyası keçirildi — FOTOLAR

Bu gün Xaçmaz rayonunun Nabran qəsəbəsində "Xəzər günü" ilə əlaqədar təmizlik aksiyası keçirilib.

Demokrat.az xəbər verir ki, Xəzər dənizi sahili ərazisində keçirilən aksiyada mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və könüllülər iştirak ediblər.

150 nəfərin iştirakı ilə keçirilən təmizlik aksiyasında, ümumilikdə, 12 hektar sahil boyu ərazidən 550 kiloqram plastik və bərk məişət tullantısı toplanaraq daşınıb.

Daha sonra aksiya iştirakçılarına mütəxəssislər tərəfindən Xəzərin ekoloji problemləri və bu sahədə görülən işlər barədə məlumat verilib.

Qeyd edək ki, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası 12 avqust 2006-cı il tarixində qüvvəyə mindikdən sonra hər il bu tarix “Xəzər günü” kimi qeyd olunur.//Report

D
demokrat.az