İlon Mask "Twitter"in loqosunu "X" olaraq dəyişdirdikdən sonra şirkətin San-Fransiskodakı əsas binasında olan ofis mebellərini, rəsm əsərlərini və köhnə loqolu əşyaları hərraca çıxaracaq.
Demokrat.az xəbər verir ki, hərrac sentyabrın 12-də başlayacaq və ayın 14-də başa çatacaq.
Hərraca 584 ədəd əşyanın çıxarılacağı gözlənilir.
Əşyalar arasında "Twitter"in quş şəkilli masası, neon işıqlarla hazırlanmış quş loqosu, ofis mebeli, musiqi alətləri, ofis mətbəx texnikası, sənət əsərləri və böyük mavi quş loqoları da yer alacaq.
Aysu Demokrat.az


