Hadisə

Nabranda avtomobil aşdı: Ölən və xəsarət alan var

Nabranda avtomobil aşdı: Ölən və xəsarət alan var

Nabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Nabran kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobilinin aşması nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində dünyasını dəyişib.

2000-ci il təvəllüdlü Allahverdiyev Tofiq Pərviz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az