Hadisə Özəl

Türkiyədə yenidən zəlzələ baş verdi

Türkiyədə yenidən zəlzələ baş verdi

Türkiyənin Kahramanmaraş vilayətində növbəti dəfə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə "AFAD" məlumat yayıb.

Məlumata əsasən, zəlzələ bu gün yerli vaxtla 09:10 radələrində baş verib.

3.8 bal gücündə baş verən zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Həmçinin, "Kandilli" rəsədxanası tərəfindən zəlzələnin maqnitudası 4 bal kimi dəyərləndirilib.

Qeyd edilib ki, zəlzələ nəticəsində heç bir dağıntı və insan itkisi olmayıb.

Aysu Demokrat.az

D
demokrat.az