Hadisə

Azərbaycanda ŞOK HADİSƏ: Kişi qazdığı qəbrə düşərək öldü

Azərbaycanda ŞOK HADİSƏ: Kişi qazdığı qəbrə düşərək öldü

Ağsu rayonunda başqasına qəbir qazan kişi qazdığı qəbrə yıxılaraq ölüb.

Demokrat.az Lent.az-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Ağsu rayonunda yerləşən məzarlıqda qəbirqazan işləyən, 54 yaşlı Səməndər Oktay oğlu Şirəliyev qazdığı məzara yıxılaraq ölüb.

İlkin məlumata görə, S.Şirəliyev ürəktutmasından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az