Dünya Özəl

Sloveniyada daşqın nəticəsində ölənlərin sayı 6-ya çatdı

Sloveniyada daşqın nəticəsində ölənlərin sayı 6-ya çatdı

Sloveniyada selin səbəb olduğu daşqınlar nəticəsində həyatını itirənlərin sayı 6-ya yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Sloveniya Xəbər Agentliyi (STA) məlumat yayıb.

Bildirilib ki, ölkədə günlərdir davam edən leysan yağışlar fəlakətə səbəb olub.

Nəticədə ölkədə fövqəladə vəziyyət elan edilib.

Qeyd edək ki, daşqın zamanı 6 nəfər ölüb, yaralananlarla yanaşı itkin düşənlərin də olduğu bildirilir.

Sloveniyanın baş naziri Robert Qolob selin ölkəyə vurduğu ziyanın 500 milyon avronu keçə biləcəyini vurğulayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova