Hadisə Özəl

Tələbə suriyalılar tərəfindən döyüldü

Tələbə suriyalılar tərəfindən döyüldü

Türkiyədə 23 yaşlı universitet tələbəsi, suriyalılardan ibarət dəstənin hücumuna məruz qalıb.

Demokrat.az xəbər verir ki, hadisə ölkənin Qaziantep vilayətində baş verib.

12 nəfərdən ibarət hücumçu qrup 1-ci kurs tələbəsinə hücum edərək onun pullarını almağa çalışıblar.

Nəticədə gənc üzündən və başından ciddi bıçaq yarası alıb.

Əraziyə gələn təcili tibbi yardım qrupları dərhal yaralını xəstəxanaya yerləşdirib.

Tibb işçilərinin verdiyi açıqlamada oğlanın üzünə 48, başına isə 6 tikiş atıldığı bildirilib.

Qeyd edək ki, hücumçuların axtarışı davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova