İdman

“Neftçi” yeni transferini UEFA-ya sifariş etdi

“Neftçi” yeni transferini UEFA-ya sifariş etdi

“Neftçi” yeni transferi Andre Şinyaşikini UEFA-ya sifariş edib.

Demokrat.az xəbər verir ki, klubdan verilən məlumata görə, braziliyalı hücumçunun adı Türkiyə “Beşiktaş”ı ilə keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsinə salınıb.

Bununla da iştirak ərizəsində olan oyunçuların sayı 27-yə çatıb. Onlardan 3-ü qapıçı, 10-u müdafiəçi, 12-ci yarımmüdafiəçi, 2-si isə hücumçu kimi UEFA-ya təqdim edilib.

Qeyd edək ki, “Neftçi” və “Beşiktaş” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da, cavab matçı isə ayın 17-də “Beşiktaş” stadionunda keçiriləcək.//Report

D
demokrat.az