Türkiyədə iki motosikletin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Bildirilib ki, hadisə Türkiyənin Bursa vilayətində baş verib.
Qəza yerinə polis və təcili tibbi yardım qrupları gəlib.
İlkin təsbitlərə görə, motosikleti idarə edən 18 yaşlı gəncin öldüyü müəyyən edilib. Yaralılar isə xəstəxanaya yerləşdirilib.
Qəzanın təfərrüatları araşdırılır.
Aysu Demokrat.az


