İdman

“Neftçi”nin stadionunun adı DƏYİŞDİRİLDİ

“Neftçi”nin stadionunun adı DƏYİŞDİRİLDİ

“Neftçi”nin ev oyunlarını keçirdiyi stadionun adı dəyişdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə klubun prezidenti Fərrux Mahmudov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, bundan sonra stadion “Neftçi Arena” adlandırılacaq: “Azarkeşlərin istəyi nəzərə alınaraq, “Neftçi” – “Beşiktaş” oyunu doğma stadionumuzda keçiriləcək. Bu gündən etibarən arenamızın adı nə “Bakcell Arena” nə də 8-ci km adlanacaq. Stadionun adı “Neftçi Arena” oldu”.

Qeyd edək ki, stadion daha əvvəl 8-ci km və “Bakcell Arena” adlanırdı. (metbuat.az)

D
demokrat.az