İdman

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı — YENİLƏNİB

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı — YENİLƏNİB

“Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununu keçirib.

“Report”un məlumatına görə, Azərbaycan çempionu Polşada 2:3 hesabı ilə məğlub olduğu “Rakuv” klubunu Bakı Olimpiya Stadionunda qəbul edib.

Nisbətən sönük keçən qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb.

Hesabı gözlənilmədən fasilədən sonra qonaqlar açıblar. Fran Tudor 52-ci dəqiqədə qüvvətli zərbə ilə uzaq küncü dəqiq nişan alıb. Lakin polşalıların üstünlüyü çox çəkməyib. 60-cı dəqiqədə Redon Cica yaxın məsafədən rəqibi mərkəzə dəvət edib.

“Qarabağ”ın qalan dəqiqələrdəki təzyiqi bir nəticə vermədiyindən, oyun 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə “Rakuv” turnirdə mübarizəni davam etdiribsə, Azərbaycan təmsilçisi Avropa Liqasına yuvarlanıb.

Qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsində rəqib HİK (Finlandiya) - “Molde" (Norveç) cütünün məğlubu olacaq.

Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.

19:47

Bakıda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Qarabağ" və "Rakuv"un start heyətləri açıqlanıb.

Demokrat.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Junino, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə Baş məşqçi: Qurban Qurbanov

"Rakuv": 1 Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 5. Qustav Berqqren, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 20. Cin Karlos, 66. Yannis Papanikolau, 77. Martsin Tsebulya, 9. Lukaş Zvolinski, 11. Con Yeboa Ehtiyat oyunçular: 89. Katsper Beşad, 6. Şimon Çij, 8. Ben Lederman, 14. Srcan Plavşiç, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 30. Vladislav Koçergin, 93. Sonni Kittel, 99. Fabian Pyasetski Baş məşqçi: David Şvarqa

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.//Report

D
demokrat.az