Sosial

Şagird yerdəyişməsinə bu tarixdə start veriləcək

Şagird yerdəyişməsinə bu tarixdə start veriləcək

Avqustun 7-də 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək.

Elm və Təhsil Nazirliyindən Demokrat.az-a bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 7 avqust saat 15:00, 10-cu siniflər üçün isə 14 avqust saat 15:00-dan aktivləşdiriləcək.

Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 31 avqust saat 18:00-a qədər davam edəcək.

Valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrinin 2-9-cu siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahana qeydiyyat sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Qeydiyyat 7 avqust saat 15:00-dan 14 avqust saat 18:00-a qədər aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə 17 avqust, 5-9-cu siniflər üzrə isə 18 avqust tarixində keçiriləcək.

İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:

Heydər Əliyev adına lisey; T.İsmayılov adına 6 nömrəli məktəb-lisey; 132-134 nömrəli təhsil kompleksi; T.Həsənov adına 23 nömrəli tam orta məktəb; İlyas Əfəndiyev adına Elitar gimnaziya; İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi; Zəngi liseyi; Bakı Avropa liseyi; “Ankara məktəbi” məktəb-lisey; Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi; Bülbül adına orta ixtisas musiqi məktəbi; Humanitar fənlər təmayüllü məktəb-lisey.

D
demokrat.az