Türkiyənin “Medipol Mega” xəstəxanasında koma vəziyyətində olan Azərbaycanın sabiq baş naziri Sürət Hüseynov vəfat edib.
Bu barədə Demokrat.az-a “Medipol Mega” xəstəxanasından məlumat verilib.
Məlumata görə, Sürət Hüseynov 15 dəqiqə öncə dünyasını dəyişib.
Həkimlər onu komadan ayılda bilməyib.
Allah rəhmət etsin!
Xatırladaq ki, Sürət Hüseynov bu gün günorta saatlarında Türkiyənin Arnavutköy dövlət xəstəxanasından “Medipol Mega” xəstəxanasına köçürülmüşdü.
Elmar Heydərli Demokrat.az


