Gündəm Özəl

"Xaçaturyan ömürlük həbs oluna bilər" — AÇIQLAMA

Xaçaturyan ömürlük həbs oluna bilər — AÇIQLAMA

Laçın keçid məntəqəsində saxlanılan Xocalı cəlladlarından biri Vaqif Xaçaturyan ömürlük həbs oluna bilər.

Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Rəhim Xoyski bildirib.

O qeyd edib ki, Xaçaturyanın işinə Cinayət Məcəlləsinə uyğun digər maddələr də əlavə edilə bilər.

Xaçaturyan ömürlük həbs oluna bilər — AÇIQLAMA

“Həmin şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü, yəni soyqırımı törətməkdə və həmin məcəllənin 107-ci – kütləvi surətdə əhalinin deportasiya edilməsi maddələrilə ittiham olunub. Bu maddələrlə təqsirli bilinən şəxsi 14 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir. Lakin şəxsin yaşı 65-dən yuxarı olduğu üçün ona Azərbaycan qanunvericiliyinə əsasən maksimum 20 il həbs cəzası verilə bilər. İstintaq davam etdiyi üçün sonradan başqa maddələr də əlavə edilə bilər. 103 və 107-ci maddələrdən əlavə şəxsin istintaq zamanı törətdiyi əməllərdə başqa cinayət tərkibləri də aşkar olunarsa, onlar da ittiham aktına əlavə edilə bilər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova