Bakıda 18 yaşadək oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C Divizionunun oyunları start götürüb.
Oxu.Azxəbər verir ki, A qrupunda qərarlaşmış U-18 Azərbaycan millisi ilk oyununda Malta yığması ilə üz-üzə gəlib.
Millimiz rəqibini 73:54 hesabı ilə məğlub edib.
Komandamızın qrupdakı növbəti rəqibi Kipr seçməsi olacaq. İyulun 31-i keçiriləcək oyun saat 20:00-da başlayacaq.






