İŞİD terror təşkilatının əhəmiyyətli üzvlərindən biri Türkiyənin Amasya bölgəsində tutulub.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin baş təhlükəsizlik idarəsindən məlumat verilib.
Məlumatda, polisin keçirdiyi əməliyyat nəticəsində İŞİD terror təşkilatının aparıcı simalarından birinin yaxalandığı bildirilib.
Terrorçunun kimliyi barədə məlumat verilməsə də onun təşkilat üçün əhəmiyyətli olduğu vurğulanıb.
Həmçinin qeyd olunub ki, sözügedən şəxs barəsində məhkəmə prosesi davam etdirilir.
Aysu Demokrat.az


