Hadisə

"Qaziyəm, tarix yazıb gəlmişəm" — Polis qəfil süni tıxac yaratdı (FOTO)

Qaziyəm, tarix yazıb gəlmişəm — Polis qəfil süni tıxac yaratdı (FOTO)

Bu gün Bakının Yusif Səfərov küçəsində qəfil Dövlət Yol Polisi (DYP) əməkdaşları işıqforun yaşıl işığında hərəkət maşınları saxlayıb və süni tıxac yaradıblar.

Ölkə.Az-ın məlumatına görə, buna səbəb dövlət qeydiyyat nişanı olmayan "AzSamand" markalı avtomobil olub.

Belə ki, süni tıxac zamanı yol polisi əməkdaşı rabitə qurğusu ilə ona deyilən maşını axtarmağa başlayıb. Sonda sözügedən maşına yaxınlaşaraq nəqliyyat vasitəsinə minib. Polis inspektoru sürücüyə əli ilə təhlükəsizlik adacığına sürməyi əmr edib.

Hadisə şahidinin sözlərinə görə, həmin avtmobilin arxa şüşəsində "mən qaziyəm, tarix yazıb gəlmişəm" cümləsi yer alıb. Sürücü bundan öncə də dövlət nömrə nişanı olmadan şəhərdə hərəkət edib.

Qaziyəm, tarix yazıb gəlmişəm — Polis qəfil süni tıxac yaratdı (FOTO)

D
demokrat.az