Hadisə

Rusiyada təyyarə QƏZASI — 6 nəfər öldü

Rusiyada təyyarə QƏZASI — 6 nəfər öldü

Rusiyanın Altay Muxtar Respublikasında göyərtəsində sərnişinlərin olduğu Mi-8 helikopteri elektrik xəttinə dəyərək qəzaya uğrayıb.

Demokrat.az “TASS”a istinadən xəbər verir ki, hadisə Mi-8 helikopteri Ust-Koksinski rayonunun Tyunqur kəndinə eniş edərkən baş verib.

Qeyd olunub ki, hadisə baş verən zaman təyyarədə 13 nəfər olub - onlardan 6-sı yerindəcə ölüb, daha 7-si yaralanıb.

Üç nəfərin vəziyyətinin isə ağır olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyi helikopterin qəzaya uğradığını təsdiqləyib.

D
demokrat.az