Qax rayon sakini, 1998-ci il təvəllüdlü Yamən Şıxəmirlinin kəsilmiş -deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Demokrat.az -a verilən məlumata görə, Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
*** 11:47
Qaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.
APA-nın əldə etdiyi xəbərə görə, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində keçirilən toyda qeydə alınıb.
Hadisə nəticəsində 1998-ci il təvəllüdlü Yamən Şıxəmirli bıçaqlanıb.
Hadisənin bəy - Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov tərəfindən törədildiyi məlum olub. Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.


