Hadisə

Bakıda magistral xətdə QƏZA: Ətrafı su basdı — VİDEO

Bakıda magistral xətdə QƏZA: Ətrafı su basdı — VİDEO

Bakıda magistral su kəmərində qəza baş verib.

Bu barədə məlumat Baku.ws-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, qəza zamanı kəmərdən axan su ətrafa yayılıb. Eyni zamanda magistral yolda hərəkət edən avtomobillərin hərəkətinə ciddi maneələr yaranıb.

Hadisə ilə əlaqədar “Azərsu” ASC-yə müraciət etdik.

Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, hadisədən xəbərdardırlar.

"Magistral su xəttində axıntıdır. Əraziyə qəza briqadası cəlb olunub".

Sözügedən görüntüləri təqdim edirik:

D
demokrat.az