Kriminal Özəl

Arvadını öldürən şəxsin məhkəməsi başlayır

Arvadını öldürən şəxsin məhkəməsi başlayır

Masallıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Gülağa Bəndəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Cəlil Nəbiyevin icraatına verilib.

Qeyd edək ki, 1964-cü il təvəllüdlü Gülağa Bəndəliyev aralarında yaranmış mübahisə zamanı rayonun Təzə Alvadı kəndi ərazisində bıçaqla həyat yoldaşı Sədaqət Səfərovaya xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra isə özünə xəsarətlər yetirərək intihara cəhd edib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az