İdman

“Neftçi”nin yeni prezidenti komanda üzvləri ilə görüşdü

“Neftçi”nin yeni prezidenti komanda üzvləri ilə görüşdü

“Neftçi”nin yeni prezidenti Fərrux Mahmudov əsas komandanın üzvləri ilə görüşüb.

Paytaxt təmsilçisindənverilən məlumata görə, klub rəhbəri Bakı Olimpiya Stadionunda keçirilən məşqdən öncə baş məşqçi Adrian Mutu ilə söhbət edib.

Funksioner rumıniyalı mütəxəssislə komandanın hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparıb.

F.Mahmudov “ağ-qaralar”a qarşıdan gələn rəsmi oyunlarda uğurlar arzulayıb.

NE
Nihadə Eyyubova