Bakıda Azərbaycan Kikboks Federasiyası tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş yarış keçirilib.
Demokrat.az xəbər verir ki, yarışda 700-dən çox idmançı iştirak edib.
Yarış Federasiyanın Xüsusi Təyinatlı İdman Klubu tərəfindən təşkil edilib.
Klubun prezidenti Hüseynov Həsən yarışda idmançıların xüsusi seçildiyini, Ulu Öndərin 100 illiyinə həsr edilmiş tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirib.
Klub prezidenti eyni zamanda qeyd edib ki, bu tip yarışların keçirilməsi Azərbaycan idman mühitinə töhfə sayılır, yeniyetmə və gənclərin sağlam həyat tərzi sürməsi üçün yaxşı vasitədir.
Qeyd edək ki, Hüseynov Həsən veteranlar arasında keçirilən yarışda iki dəfə dünya çempionu tituluna sahib olan idmançıdır.



Elmar Heydərli Demokrat.az


