Hadisə

Astarada dənizdə batan uşağın meyiti tapıldı

Astarada dənizdə batan uşağın meyiti tapıldı

Astarada dənizdə batan uşağın meyiti tapılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilir ki, 22.07.2023-cü il tarixində Astara rayonu, Şahağac kəndində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfər uşağın axtarışları başa çatıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

D
demokrat.az