Media

Azərbaycan avtomobil jurnalistikasının banisi üçün özəl gün

Azərbaycan avtomobil jurnalistikasının banisi üçün özəl gün

Bu gün Azərbaycan avtomobil jurnalistikasının banisi, Azərbaycan Avtomobil Dilerləri Asossasiyasının idarə heyətinin sədri Natiq Zərbəliyevin doğum günüdür.

Demokrat.az saytı olaraq Natiq müəllimi səmimi qəlbdən təbrik edir, ona şəxsi və iş həyatında uğurlar arzu edirik.

Natiq Zərbəliyev Azərbaycanda avtomobil sahəsində bütün ilklərə imza atan şəxsdir. O ilk avtomobil qəzeti, ilk avto jurnal, ilk avtomobil televiza verilişi və bir çox ilklərə imza atıb. Cənab Zərbəliyev ilk dəfə 2004 cü ildə Azərbaycanda avtomobil sərgisi ənənəsinində təməlini qoyub. Beləki hər il ənənəvi olaraq keçirilən avtomobil sərgiləri ( xəzər sahilində keçiriləndə " Caspian Motor şou" , rayonlarda keçirildikdə " Qafqaz motor şou" adı ilə ) Natiq müəllimin başçılığı altında təşkil edilir.

Natiq Zərbəliyev hal hazırda jurnalist, bloger, radio aparıcılığı fəaliyyəti ilə yanaşı çiyinlərində çox böyük bir yükü daşıyır. Belə ki, o Azərbaycan Avtomobil Dilerləri Asossasiyasının (AADA) idarə heyətinin sədri vəzifəsindəki öhdəliklərini məsulliyyətlə yerinə yetirir. Onun rəhbərlik etdiyi qurum xüsusən son illər Azərbaycan avtomobil parkının yenilənməsi yönümündə dövlət qurumlarına mühüm layihələr təqdim edib. Həmin layihələr bü gündə ölkəmizdə uğurla icra edilir. Bu layihələr həm gömrük və vergi məsələləri ilə bağlı, həm köhnə avtomobillərin ( ziyanlı avtomobillərin) ölkəmizə gəlişi ilə bağlı, həmdə utilizasiya ilə bağlı layihələrdir.

Azərbaycan avtomobil jurnalistikasının banisi üçün özəl gün
Azərbaycan avtomobil jurnalistikasının banisi üçün özəl gün
Azərbaycan avtomobil jurnalistikasının banisi üçün özəl gün

D
demokrat.az