Türkiyənin Antalya bölgəsində tarixi Kaleiçi ərazisində yerləşən butik oteldə baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, yaralılardan ikisinin vəziyyəti ağırdır.
Ölənlərdən biri Livanəsilli turistdir. Yaralılar hospitala yerləşdirilib.
Yanğın söndürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.//Report


