Kürdəmir Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.
Demokrat.az xəbər verir ki, tədbirdə müxtəlif media qurumlarının bölgələrdə çalışan əməkdaşları iştirak edib.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Azərbaycan mətbuatının yaranmasının 148-ci ildönümü münasibətilə media nümayəndələrini təbrik edib, onlara uğurlar arzulayıb.
O, çıxışında ölkə mətbuatının keçdiyi inkişaf yolundan geniş söhbət açaraq Prezident İlham Əliyevin mediaya göstərdiyi xüsusi diqqət və qayğının məhz mətbuatın inkişafına böyük töhfə verdiyi vurğulayıb.
Sonda bir qrup jurnalistə hədiyyələr təqdim olunub.//Report






