Maraqlı Özəl

Yuxularını idarə etmək üçün başını deşdi

Yuxularını idarə etmək üçün başını deşdi

Rusiyada bir şəxs, yuxularını idarə etmək üçün başını vintaçan ilə deşib.

Demokrat.az xəbər verir ki, 40 yaşlı kişinin eksperiment üçün başını deşərək xəstəxanalıq olması gündəm olub.

Belə ki, Mixail Raduqa adlı şəxs yuxularını idarə etmək üçün çip hazırlayıb.

Təxminən 2 ay əvvəl klinikaya gedib və inkişaf etdirdiyi çipin beyninə yerləşdirilməsini tələb edib.

Lakin bunun mümkün olmadığını eşitdikdə, əməliyyatı özü etməyə çalışıb. Nəticədə çoxlu qan itirdiyinə görə, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, əməliyyata aparılan şəxsin həyati təhlükəsinin olduğu açıqlanıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova